Gəncədə yeni şəhərciklər salınır

Gəncədə yeni şəhərciklər salınır
  19 Aprel 2014    Oxunub:920
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I rübün yekunlarına həsr olunmuş toplantıda bildirib.

Onun sözlərinə görə, şəhərin müxtəlif yerlərində salınacaq şəhərcikləri 12 mərtəbəli binalardan ibarət olacaq.

E. Vəliyev bildirib ki, artıq “Yeni Gəncə” yaşayış massivində 12 ədəd 12 mərtəbəli binadan ibarət şəhərciyin salınmasına başlanılıb.

““Yeni Gəncə”dən başqa, şəhərin Abbas Səhhət adlanan yaşayış massivində də 12 mərtəbəli binalardan ibarət şəhərcik salınmasına başlanıb. Heydər Əliyev park kompleksinin yaxınlığında isə geodeziya işləri aparılır. Orada da şəhərcik salınacaq. Əlavə olaraq daha iki şirkətlə razılaşma əldə olunub. Hazırlıq işləri aparıldıqdan sonra yerlər müəyyən edilərək tikinti işlərinə başlanılacaq”, - deyə E. Vəliyev qeyd edib.


Teqlər:





Xəbər lenti