"May ayının pensiyaları qrafikdən əvvəl ödənilib" - Nazirlik

   "May ayının pensiyaları qrafikdən əvvəl ödənilib" -    Nazirlik
  13 May 2022    Oxunub:387
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşdırıb.
Fonddan AzVision.az -a verilən məlumata görə, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

AzVision.az


Teqlər:







Xəbər lenti