"Orta tibb və qeyri-tibb heyətinin də maaşı artacaq”

   "Orta tibb və qeyri-tibb heyətinin də maaşı artacaq”
  13 May 2022    Oxunub:742
"Son bir il ərzində qeyri-tibb heyəti üzrə ölkədə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu isə təxminən 38 faiz artım deməkdir".
AzVision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, maaşın yuxarı həddi 665 manatdan 7123 manata çatdırılıb:

“Son bir il ərzində orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata çatdırılıb. Bu da təxminən 72 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti