Pensiya və sosial yardımlar üçün ödənilən məbləğ açıqlandı

Pensiya və sosial yardımlar üçün ödənilən məbləğ açıqlandı
  13 May 2022    Oxunub:717
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 milyard 188 milyon manat vəsait ödəyib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 milyon manat çoxdur. Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, bu ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti