Bakıda harada tıxac var?

   Bakıda harada tıxac var?
  13 May 2022    Oxunub:519
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə AzVision.az -a Mərkəzdən bildirilib.

1. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər,Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Azadlıq prospektində, Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

4. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

5. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

6. Rəşid Behbudov küçəsinin, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

7. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

8. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

AzVision.az



Teqlər: Tıxac  





Xəbər lenti