Səfa Mirzəyev təqaüdə göndərildi

   Səfa Mirzəyev təqaüdə göndərildi
  13 May 2022    Oxunub:1477
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.
AzVision.az Report-a istinadən xəbər verir ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

AzVision.az


Teqlər:





Xəbər lenti