“Deputatların “topdaşıyan”ı indi nazir olub”
O bildirib ki, parlament siyasət yeridir:
“Bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir. Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər, siyasi proseslərin içindən keçib gəlməlidir.
Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq”.
AzVision.az
Teqlər: