Təranə Səmədova saxlanıldı

   Təranə Səmədova saxlanıldı
  11 May 2022    Oxunub:934
Tanınmış prodüser Təranə Səmədova bu gün polis tərəfindən saxlanılıb.

AzVision.az xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində deyib
“Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim”, - L.Azərtaş deyib.

O, sonradan T.Səmədova ilə danışdığını və özünün də məlumatı təsdiqlədiyini bildirib.

T.Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçün saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti