Şirkət avtomobillərini idarə edən sürücülərin NƏZƏRİNƏ
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanunun bir maddəsində dəymiş zərəri şirkətin, digərində isə sürücünün qarşılamalı olduğu deyilir.
Mülki məcəllənin 1108-ci maddəsində isə şirkət avtomobili sürücüyə etibarnamə ilə verirsə məsuliyyəti şirkətin deyil, sürücünün daşıdığı deyilir. Ərşad Hüseynov bildirib ki, bu maddələrin bir biri ilə qarışdırılmaması üçün konstitutsiya məhkəməsi bu məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, şirkət əlavə təhlükəsizlik tədbirləri görməlidir. Avtomobili saz vəziyyətdə saxlamaq şirkətin öhdəliyidir. Sürücünün əmək şəraitinə nəzarət də şirkətin üzərinə düşür. Lakin şirkətlə sürücü arasında mülkü məsuliyyətlə bağlı müqavilə olarsa əmək müqaviləsinə əlavə kimi, o zaman şirkət sürücüyə qarşı reqres iddia qaldıra bilər.
Teqlər: