Paytaxt sakininin başına iş gəldi - Xaricdən gətirdiyi avtomobili bu vəziyyətdə tapdı
Azər Rəcəbov bundan sonra həm Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, həm də Qaradağ Rayon 10-cu polis bölməsinə məlumat verib. O iddia edir ki, ərazidə xidmət aparan yol polisi əməkdaşlarından biri məlumat verib ki, nəqliyyat vasitəsini məhz yol polisi duracaqdan götürərək sahibsiz əraziyə atıb.
Zərərçəkmişin iddiasına görə yol kənarına atılmış avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib və ona ümumilikdə 2000 manat məbləğində ziyan dəyib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, vətəndaşın iddiaları araşdırılır. Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək və vətəndaş bu barədə məlumatlandırılacaq.
AzVision.az
Teqlər: