Mağazadan çörək aldı, içindən çıxanlar dəhşətə gətirdi - VİDEO

   Mağazadan çörək aldı, içindən çıxanlar dəhşətə gətirdi -    VİDEO
  11 May 2022    Oxunub:720
Müxtəlif vaxtlarda marketlərdən alınan çörəyin içindən tük, şüşə qırıntısı, mismar çıxması ilə bağlı xəbərlərlə, hətta görüntülərlə rastlaşmışıq. Bu dəfə isə Yasamalda yerləşən “Almarket” mağazalar şəbəkəsindən alınan çörəyin içindən bolt çıxıb, həm də qaykası ilə .
AzVision.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, alınan çörək “Çörəkçi” zavodunun istehsalıdır.

Məsələ ilə bağlı araşdırma aparmaq və qarşı tərəfin də mövqeyini öyrənmək üçün üz tutduq Sumqayıt şəhərində yerləşən “Çörəkçi” zavoduna. Zavoddan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və sabah bununla bağlı açıqlama veriləcək.



AzVision.az



Teqlər:





Xəbər lenti