Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub

   Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
  11 May 2022    Oxunub:586
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib.
Təhsil Kompleksindən AzVision.az -a verilən məlumata görə, Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Aqşin Bağırov heyətə təqdim olunub.

O, Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- tərbiyə sahəsində sadalanan istiqamətlər üzrə müvafiq işlərin görülməsinin prioritet məsələ olduğunu qeyd edərək qarşıya qoyulan vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verib.

AzVision.az



Teqlər:





Xəbər lenti