"Yaşıl” enerji üzrə yeni əməkdaşlıq təklifləri müzakirə edilib

"Yaşıl” enerji üzrə yeni əməkdaşlıq təklifləri müzakirə edilib
  11 May 2022    Oxunub:571
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, görüş “Masdar”ın Abu-Dabidəki mənzil-qərargahında baş tutub. Görüşdə bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar”ın əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl enerj"i siyasəti və hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə dəyərləndirilib.

Görüşdə, həmçinin Qaradağ günəş elektrik stansiyasının nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər və icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. Bildirilib ki,“Masdar”la hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.

AzVision.az


Teqlər:





Xəbər lenti