DİN-dən Bakıda keçiriləcək aksiya ilə bağlı açıqlama

    DİN-dən Bakıda keçiriləcək aksiya ilə bağlı açıqlama
  10 May 2022    Oxunub:641
Sosial şəbəkələrdə mayın 14-də Bakıda aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələ barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AzVision.az -a açıqlama verib.

“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq”, - DİN rəsmisi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti