"ASAN xidmət" kollektivi Heydər Əliyevin xatirəsini yad edib
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra Azərbaycan Rəssamlar İttifaqında “ASAN Könüllüləri” Təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı - Heydər Əliyev” sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin deputatı Tahir Mirkişili, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.
Sərgidə ASAN könüllüsü İsmayıl Hacıyevin dövlətçilik, vətənpərvərlik, tarix, təbiət mövzularında ümumilikdə 24 əl işi nümayiş etdirilir. Əsərlərlə tanışlıqdan sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində musiqi kompozisiyaları səsləndirilib.
13 may 2022-ci il tarixinədək davam edəcək sərgiyə giriş sərbəstdir.
AzVision.az
Teqlər: