Azərbaycanın turizm imkanları BƏƏ-də təqdim olunur
Sayca 29-cu dəfə başa tutan sərgidə ziyarətçilərə Azərbaycanın müxtəlif regionlarının, eləcə də işğaldan azad olunan ərazilərin turizm imkanları tanıdılır, yeni turizm məhsulları, hazırda mövcud olan səyahət qaydaları, Yaxın Şərq ölkələrindən Azərbaycana səfər imkanları haqqında geniş məlumat verilir.
Mayın 12-nə qədər davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə BƏƏ-dən olan turizm şirkətləri, eləcə də digər regionların ölkələrindən olan turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə B2B görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur, yeni turizm məhsulları və turizm istiqamətləri haqda məlumat verilir.
AzVision.az
Teqlər: