Azad edilmiş ərazilərdə daha 132 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 132 mina aşkarlandı
  10 May 2022    Oxunub:624
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az



Teqlər: Mina  





Xəbər lenti