"Maddi durumumuza dəstəkdir" - Xanəndə Prezidentin sərəncamından danışdı

 "Maddi durumumuza dəstəkdir" -  Xanəndə Prezidentin sərəncamından danışdı
  10 May 2022    Oxunub:1578
Azərbaycan Prezidenti İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı tətlif olunanlar sırasında Əməkdar artist Təyyar Bayramov da var.
Xanəndə bununla bağlı AzVision.az-a danışıb. O, bu mükafata layiq görülən sənət yoldaşlarını təbrik edib.

“Bunlar bizlər üçün stimuldur. Prezident sağ olsun ki, bizim sənətimizə, fəaliyyətimizə önəm verir. Mükafat almaq çox şərəflidir, bunu qoruyub saxlamaq da bir məsuliyyətdir. Bizə yönələn etimadları daha da doğruldacağıq. Bu mükafataa layiq görülən bütün sənət adamlarını təbrik edirəm. Əsas odur ki, belə qərar verilib. Maddi durumumuza dəstəkdir. Bu mükafat hər ay olmaqla bizə bir il müddətinə veriləcək”, -deyə xanəndə bildirib.

T. Bayramov Şuşada keçiriləcək V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirakı ilə bağlı da danışıb. O, özünün və oğlu Kənanın builki festivalda çıxış etməyəcəyini deyib.

“Bildiyimə görə folklor ansambıllarına daha çox yer ayrılıb. Xanəndələrimiz Qarabağ şikəstəsini səsləndirəcək. Ancaq mən və oğlum iştirak etməyəcəyik. Dövlət nə vaxt, harada desə, necə məsləhət bilsə, o zaman çıxış edəcəyik” -deyə Xanəndə fikrini tamamlayıb.

Qeyd edək ki, V Xarıbülbül Beynəlxalq Folklor Festivalının2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub. İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

Sayca beşinci festivalda 10 ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti