"Azərbaycana 4200-dən çox ukraynalı təxliyə edilib" - Vüsal Hüseynov

"Azərbaycana 4200-dən çox ukraynalı təxliyə edilib" -  Vüsal Hüseynov
  10 May 2022    Oxunub:1560
“Bugünə qədər 4200-dən çox Ukrayna vətəndaşı ölkəmizə təxliyə edilib. Ölkəmizdə olan Ukrayna vətəndaşlarının ümumi sayı isə 8 247 civarındadır”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.

"Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların Azərbaycanda qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək",- Miqrasiya Xidmətinin rəisi bildirib.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti