Şeyx Ümrə ziyarətinə gedir
Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək Şeyxülislam A. Paşazadə şəhidlərimizi yad edəcər Allahdan rəhmət diləyəcək, ruhları üçün dualar edəcəkdir. Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının 11 may tarixində Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcəkdir.
Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə ediləcəkdir. İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsa cənablarının dəvət məktubunda bu sahədə «töhfələr verəcək şəxslərin öncüllərindən» kimi dəyərləndirdiyi QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda məruzə ilə çıxış edəcək.
Səudiyyə Ərəbistanın kralı, İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətləri və Vəliəhd - Məhəmməd bin Salman həzrətlərinin beynəlxalq konfrans iştirakçıları ilə görüşü mümkündür.
AzVision.az
Teqlər: Şeyx