Xaricdəki azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi ilə bağlı işlər görülür

   Xaricdəki azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi ilə bağlı işlər görülür
  10 May 2022    Oxunub:602
Xarici ölkələrin nüfuzlu təhsil müəssisələrində rezidentura keçmiş azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi ilə bağlı işlər görülür.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan Tibb Universitetinin tələbələri var ki, onlar xaricdə rezidentura keçir.

"Həmin şəxslərlə bizim görüşümüz olub və lazım olan dəstək göstərilib. Ümidvarıq ki, həmin tələbələr xaricdə təhsillərini başa vurandan sonra Azərbaycana qayıdacaq və burada fəaliyyətlərini davam etdirəcəklər",- nazir deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti