“Kann” Festivalının iddialıları açıqlandı

“Kann” Festivalının iddialıları açıqlandı
  18 Aprel 2014    Oxunub:1510
“Kann Film Festivalı”nın proqramı dünən keçirilən mətbuat konfransında açıqlanıb.
AzVision.az xəbər verir ki, festivalın əsas hissəsində 18 film yer alacaq. Festival 14-25 may tarixlərində keçiriləcək.

Festivalda Dardenn Qardaşlarının, Mayk Leyhin, Ken Loaçın, Jan Lui Qodarın filmləri Qızıl Palma Budağı uğrunda yarışacaqlar.

Həmçinin, rusiyalı rejissor Andrey Zvyagintsev “Leviafan”, yaponiyalı Naomi Kavase “Hələ də su”, David Cronenberg Robert Pattinsonla birgə çalışdığı “Ulduzların xəritəsi” , Michel Hazanavicius “Axtarış”, Olivier Assayas “Sils Maria” filmlərilə Kann Film Festivalının mükafatına iddia edirlər.

Festivalda mükafata iddialılar arasında Türkiyəli Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmi də var.

Erməni əsilli Kanada rejissoru, qondarma soyqırm haqqında filmilə tanınan Atom Eqoyan da nominantlar arasındadır.

Festivalın direktoru Tyeri Fremo festivala qatılacaq filmlərin adını söylədikdən sonra “Qış yuxusu” filminə iltifatlar yağdırıb.
Filmdə Haluk Bilginer,Demet Akbağ və Melisa Sözen kimi aktyorlar yer alıb.

Emin Piri


Teqlər:  





Xəbər lenti