Qənirə Paşayeva xəstə uşağa yardım etdi
"Süjet bitdikdən sonra televiziyaya zəng edib, Ömərin ailəsinin telefonlarını alıb zəng etdim. Sonra gec də olsa söhbət balaca bir körpədən getdiyi üçün Səhiyyə Nazirliyinin rəsmilərini aradım, Təcili Tibbi Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllimlə danışıb ailənin maddi vəziyyətinin çox çətin olması və Ömərin dövlət hesabına pulsuz əməliyyat edilməsinə ciddi ehtiyac olduğunu söylədim. Sağ olsunlar. Artıq tapşırıqlar verildi və Ömər Mərkəzi Nefçilər Xəstəxanasında dövlət hesabına pulsuz əməliyyat olunacaq. Həftənin 1-ci günü Öməri və ailəsini Səhiyyə Nazirliyində qəbul edib, sənədləşdirərək Mərkəzi Nefçilər Xəstəxanasına göndərəcəklər. Allah balaca Ömərə kömək olsun!
Dualarınızı əksik etməyin!".
Teqlər: