Emin Milli jurnalistlərin pulunu kəsir

Emin Milli jurnalistlərin pulunu kəsir
  17 Aprel 2014    Oxunub:1220
"Meydan TV" işlə bağlı müsabiqə elan edən zaman 800 ABŞ dolları aylıq əmək haqqı verəcəyi bəyan edilirdi. Ancaq pulu alan zaman aylıq əmək haqqımın 400 dollardan hesablandığını gördüm. Üç ayın sonunda 2400 dollar əvəzinə mənə 1200 dollar verildi”.
Bu sözləri özünün Feysbuk səhifəsində Meydan TV-nin əməkdaşı Tural Mustafayev yazıb. O deyir ki, Emin Millinin bu hərəkəti onu olduqca pis vəziyyətdə qoyub:

“Emin Milli ilə Skayp danışıqları və s. apardıqdan, sual-cavab olduqdan sonra işə başladım. Yaxın, uzaq - fərq etmir, çəkilişlər öz axarında gedir. Məvacib vaxtında isə sənəd gəlir və baxırsan 400 dollar. Ay aman, ay dad, bu nə məsələdir? Və məlum olur ki, maliyyə iki yerdən gəlirmiş, buna görə də məvacib iki hissə ilə veriləcək. “Yaxşı” deyib, susursan ki, ola bilər, problemlər olur, başa düşüləndir, hər şey düzələcək. 3 aylıq müqaviləni vurursan başa və 2400 dollar almalı olduğun halda cəmi 1200 dollar alırsan. 1200 dollar da aydın məsələdi 3 ay müddətində Bakı kimi şəhərdə kirayələrdə qalmaqla necə ərsəyə gəlir”.

Reportyor Meydan TV-dəki haqsızlıqla bərabər, həm də Emin Millinin ictimai fəaliyyəti ilə də bağlı tənqidlərini qeyd edib: “Keçək məsələnin digər tərəfinə. Mən hələ də anlaya bilmirəm ki, Emin Milli adi riyazi hesablamaları bilmirsə, elan yazanda dediyi məbləği ödəyə bilmirsə, bunun günahkarı kimdir, yəni burada da hakimiyyət günahkardır? Yenə hökumətdə işlədiyini ala bilirsən, bu demokratlardan bunu da ala bilmirsən. Gör hakimiyyət dəyişsə, bu demokratlar nə edəcəklər. Artıq qorxmağa başlayıram ciddi-ciddi”. (Axar.az)


Teqlər:





Xəbər lenti