AzVision.az xəbər verir ki, iclasda çıxış edən Komitə sədri ölkəmizin qlobal şəhərsalma trendləri və dəyərlərinə töhfəsindən, şəhərsalmanın inkişafı istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş nailiyyətlərdən danışıb, habelə 30 il işğal altında qalmış ərazilərimizdə Ermənistan işğalçılarının insanlıq əleyhinə əməlləri, şəhərlərimizin və mədəni irsimizin məhv edilməsi faktları, törədilmiş urbisid, ekosid cinayətləri və hazırda tərəfimizdən həmin ərazilərin yenidən dirçəldilməsi məqsədilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir şəhərsalma yanaşmaları barədə ətraflı məlumat verib.
Anar Quliyev BMT-nin yüksək tribunasından dünya ictimaiyyətinin diqqətini Azərbaycanın olduqca böyük ərazilərinin işğal altında olduğu dövrdə minalanması faktına, minalanmış sahələrin dəqiq xəritələrinin bugünədək təqdim olunmamasının şəhərsalma proseslərini və Azərbaycanlıların doğma torpaqlarına qayıdışını əhəmiyyətli dərəcədə əngəlləyən əsas səbəblərdən biri olduğuna xüsusi cəlb edib.
AzVision.az