“BakuBus”un avtobusları pulsuz WiFi xidmətinə qoşulub

“BakuBus”un avtobusları pulsuz WiFi xidmətinə qoşulub
  29 Aprel 2022    Oxunub:1899
“BakuBus” MMC-nin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar pulsuz WiFi xidmətinə qoşulub.
AzVision.az xəbər verir ki, cəmiyyət tərəfindən bu istiqamətdə aparılan testlər uğurla başa çatıb və sərnişinlər aprelin 30-dan bu xidmətdən yararlana biləcəklər.

“BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə qoşulması nəzərdə tutulur.

AzVision.az


Teqlər:



Xəbər lenti