Avtobus sürücüsü sükan arxasında öldü

   Avtobus sürücüsü sükan arxasında öldü
  29 Aprel 2022    Oxunub:929
Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb. Hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçirib.

Faktla bağlı araşdırma aparılır.(APA)

AzVision.az


Teqlər:



Xəbər lenti