Ötən il inzibati məsuliyyətə cəlb edilənlərin sayı açıqlandı
2021-ci ildə baxılan işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 faizinin icraatına xitam verilib, 8,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib. İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olub.
İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 46,4 faizinə inzibati cərimə, 28,2 faizinə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər tənbeh növləri tətbiq edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


