Ötən gün 19 nəfər həbs edilib - KRİMİNAL

  17 Aprel 2014    Oxunub : 363
Ötən gün 19 nəfər həbs edilib - KRİMİNAL
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 51 cinayət faktından 26-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 19 nəfər tutulub.

Teqlər: