Yanğında xəsarət alan FHN əməkdaşı evə buraxılıb - Yenilənib

 Yanğında xəsarət alan FHN əməkdaşı evə buraxılıb -  Yenilənib
  28 Aprel 2022    Oxunub:1249
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.

***
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.

TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti