Daha 10 minatəmizləmə maşını əməliyyatlara qatıldı
Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10 maşınları 3000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV – 4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.
Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən asılı olmayaraq işləmək imkanına malikdir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-ə əsasən Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir.
AzVision.az
Teqlər: Mina







Vaxtında, Aydın, Lazımlı!


