Məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin taleyi necə olacaq?

 Məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin taleyi necə olacaq?
  26 Aprel 2022    Oxunub:1635
Artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb. İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə çətin prosesdir.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir:

"Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əmək haqqı alan şəxs də məhz müəllimdir. Hazırkı məcburi köçkün məktəblərində çalışan, ancaq məcburi köçkün olmayan müəllimlərin məsələsinə gəlincə, onlar könüllü şəkildə qayıdıb işləyə bilərlər. Bu imkan tanınacaq. Əgər müəllim gedə bilmirsə, yerdəyişmə prosesi var. Həmin müəllimlərin hansısa formada sistemdə qalması üçün imkanlar yaradılacaq. Çünki onlarla müqavilələrimiz var”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti