Sağlamlıq imkanları məhdud şəxslər də hamı ilə birgə təhsil alacaq

 Sağlamlıq imkanları məhdud şəxslər də hamı ilə birgə təhsil alacaq
  26 Aprel 2022    Oxunub:1918
Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq.

AzVision.az xəbər verir ki, yeni qaydalar parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, qanun layihəsi təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti