Prezident: "Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir"
Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlət başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu deyib.
Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


