"İdmançılar soyuq su içib, xəstələniblər"- Olimpiya Kompleksinin direktoru

   "İdmançılar soyuq su içib, xəstələniblər"-    Olimpiya Kompleksinin direktoru
  26 Aprel 2022    Oxunub:1431
Xəbər verdiyimiz kimi, dünən Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənmə dianqozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Kompleksin direktoru Mövlud Mirəliyev AzVision.az -a açıqlamasında bildirib ki, dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər: "Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək".

Qeyd edək ki, AQTA da zəhərlənən idmançılarla bağlı araşdırmalara başlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti