Son 4 ildə 49 min kiçik və mikro biznes yaradılıb

   Son 4 ildə 49 min kiçik və mikro biznes yaradılıb
  25 Aprel 2022    Oxunub:897
Son 4 il ərzində Azərbaycanda 49 min kiçik və mikro biznes yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Bu prosesə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ciddi dəstək gəldi, birgə layihələr icra etdik. Dövlət qurumlarından Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə də birgə layihələrimiz oldu. O cümlədən Dünya Bankını, BMT-nin İnkişaf Proqramını bu prosesə cəlb etdik. Bu gün 49 min kiçik və mikro təsərrüfat gələcək iqtisadi inkişafımız üçün ən təməl istiqamətlərdən biridir”, - deyə nazir bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda hər il ən azı 100 min insan əmək bazarına daxil olur.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti