Rezidentura imtahanlarının vaxtı açıqlandı

 Rezidentura imtahanlarının vaxtı açıqlandı
  25 Aprel 2022    Oxunub:1219
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının mayın 15-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə avqustun 21-də keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti