Mühafizəçini döyüb, pencəyini apardı
Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.
A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
AzVision.az
Teqlər: Mühafizəçi







Vaxtında, Aydın, Lazımlı!


