Azərbaycandan turist axını 3 dəfəyə yaxın artıb

  Azərbaycandan turist axını 3 dəfəyə yaxın artıb
  22 Aprel 2022    Oxunub:928
Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaric ölkələrə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 298,5 min nəfər olub.
Dövlət Sərhəd Xidmətindən AzVision.az -a verilən məlumata görə, İrana gedənlərin sayı 5,1 dəfə, Rusiyaya gedənlərin sayı 2,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artıb.

Ölkə vətəndaşlarının 44,5%-i Türkiyəyə, 18,7%-i Rusiyaya, 12,9%-i İrana, 8%-i Gürcüstana, 15,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,4%-ni kişilər, 33,6%-ni qadınlar təşkil edib.

Xarici ölkələrə səfər edən vətəndaşların 58,4%-i hava, 39,2%-i dəmir yolu və avtomobil, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti