"Qeyri-neft-qaz sektorunda ÜDM rekord həddə artıb" - Nazir

   "Qeyri-neft-qaz sektorunda ÜDM rekord həddə artıb" -    Nazir
  22 Aprel 2022    Oxunub:783
Qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 mlrd. 9,9 mln. manata çatıb.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir qeyd edib ki, bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir.

AzVision.az


Teqlər:



Xəbər lenti