"Ruslar oğurladıqları insanları polis bölməsində saxlayırlar" - 8 gün əsirlikdə qalan jurnalist
"Məni tutanda əvvəlcə Nova Kaxovkada saxladılar, sonra Xersona köçürdülər. Azadlığa çıxandan sonra bildim ki, Çaplinkada və ələ keçirilən digər polis binalarında insanlar saxlanılır. Belə yerlərin sayı durmadan artır",- jurnalist xatırlayıb.
Baturinin sözlərinə görə, o, xəbərdarlıq məqsədilə saxlanılıb.
"Onlar məni qorxutmağa və jurnalist fəaliyyətimi dayandırmasam, növbəti dəfə başıma nələrin gələ biləcəyini göstərməyə çalışdılar. Mənimlə bu söhbətləri edən sadistlər yerli əməkdaşlar idi. Mənim onlara həsr olunmuş nəşrlərim əin adamları qəzəbləndirib. Bildirdilər ki, mən daha jurnalist işləyə bilməyəcəm və məndən qisas alacaqlar.
Yerlilərdən olan xainlər “Müqəddəs Georgi lentləri” ilə, qırmızı bayraqlarla dolaşır, daim sovet abidələrini çox aqressiv şəkildə müdafiə edirdilər”,- deyə Baturin bildirib.
Bundan əlavə, o, rusların Xersona və Xerson vilayətinin sol sahilinə daha diqqətli davrandıqlarını bildirib.
"Ruslar Nikolaev və Dnepropetrovsk vilayətləri ilə sərhəddəki yaşayış məntəqələrinə sadist münasibət bəsləyirlər. Elə kəndlər var ki, orada hər şeyi dağıdıblar - insanlar qaçıb, hər şey talan edilib və orada yaşamaq mümkün deyil", - deyə jurnalist qeyd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


