Rusiyada İnstitutda yanğın - 2 ölü, 30 yaralı

   Rusiyada  İnstitutda yanğın -    2 ölü, 30 yaralı
  21 Aprel 2022    Oxunub:684
Rusiyanın Tver şəhərində Hərbi-Kosmik Müdafiə Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər həlak olub. Daha 30 nəfərin xəsarət aldığı bildirilir.

Bir nəfərin taleyi naməlum qalır. Binada olan əməkdaşlar təxliyə edilib.

Yanğın nəticəsində binanın damı çöküb.

Yanğın ümumilikdə min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti