Bu axşamdan külək güclənəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 20-si axşamdan 22-si səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


