İmsaka hazırlaşan şəxslərin pul və telefonunu oğurladılar - VİDEO

   İmsaka hazırlaşan şəxslərin pul və telefonunu oğurladılar -    VİDEO
  20 Aprel 2022    Oxunub:765
Bakıda yerli hotellərin birinin restoranında oğurluq hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə ötən gün 03:20 radələrində qeydə alınıb. Belə ki, restoranın işçiləri imsak üçün yemək hazırlıqları görən zaman onların gödəkçələrindən oğurluq olub.

Naməlum şəxslər restorana müştəri kimi daxil olaraq oradan telefon, pul və bank kartını oğurlayıblar.

Hadisənin görüntüləri müşahidə kamerası ilə lentə alınıb.

Oğrular "Chevrolet Cruze" markalı, dövlət nömrə nişanı 10 EY 442 olan avtomobillə hadisə yerindən uzaqlaşıblar.



AzVision.az


Teqlər:



Xəbər lenti