Deputat: “Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir”

      Deputat:    “Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir”
  20 Aprel 2022    Oxunub:1241
“Biz o vaxt xahiş etdik ki, büdcədən oğurlayan məmurlar barədə məlumat verilsin. Bu gün də bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyirlər”.
Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, insanların 90 faizi icbari tibbi sığortadan narazıdır:

“Deputatlar var ki, bununla bağlı da müraciət ediblər. Ancaq onlara da bu narazılıqla bağlı cavab verilməyib”.

AzVision.az


Teqlər: Büdcə  



Xəbər lenti