"Döyüşkən xalq olmadığımızı bizə təlqin edirdilər, bacarmadılar" - Nazir

   "Döyüşkən xalq olmadığımızı bizə təlqin edirdilər, bacarmadılar" -   Nazir
  20 Aprel 2022    Oxunub:1562
"200 ilə yaxın müddət ərzində bizə təlqin edirdilər ki, döyüşkən xalq deyilik, birləşə bilmirik. Amna bacarmadılar. Göstərdik ki, biz kimliyimizə, mədəniyyətimizə bağlıyıq". AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində qazilərlə görüşü zamanı deyib.
"Bu insanlar qəhrəmanlıq, fədakarlıq göstərdilər, yeni nəsilə örnək oldular. Bu işdə qazilərimizə minnətdarıq. Siz həm səngərdə, həm də mədəniyyət səngərində, səhnədə vurşurdunuz. Sizin hesabınıza Azərbaycan xalqı mədəniyyətinə, kökünə bağlılığı saxlayır. Sizin və valideyinlərinizin qarşısında vaş əyirik. Sizinlə fəxr edirik.

Bu layihə ilə qəhrəman övladlarımıza sahib çıxırıq, unutmuruq, unutdurmuruq. Layihənin məqsədi budur. Bəzi qüvvələr çalışırdılar ki, vətən sevgisi, bağlılıq silinsin. Siz isə sübut etdiniz ki, böyük xalqıq. Hər zaman sizin arxanızdayıq və sizə dəstəyik, əziz qazilər".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Mədəniyyət  



Xəbər lenti