İpoteka müqavilələrinin sayı 48,6 faiz artıb

İpoteka müqavilələrinin sayı 48,6 faiz artıb
  18 Aprel 2022    Oxunub:666
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 57 813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artıb.

Cari ilin ilk rübündə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,6% artaraq 15 047 təşkil edib.

AzVision.az


Teqlər:



Xəbər lenti