Tələbənin bıçaqlanması dair Universitetdən Açıqlama

Tələbənin bıçaqlanması dair Universitetdən    Açıqlama
  18 Aprel 2022    Oxunub:773
Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.
Universitetdən AzVision.az -a verilən məlumata görə, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.

Qeyd olunub ki, məlum hadisə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.

Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

AzVision.az


Teqlər:



Xəbər lenti