AZAL Bakıdan Praqaya uçuşlara başlayır

AZAL Bakıdan Praqaya uçuşlara başlayır
  18 Aprel 2022    Oxunub:719
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan AzVision.az -a verilən məlumata görə, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək. İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.

AZAL aviaşirkətinin bu və digər reyslərinə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti