Ağdamda yol çəkən texnika minaya düşüb - FOTO

   Ağdamda yol çəkən texnika minaya düşüb -    FOTO
  17 Aprel 2022    Oxunub:873
Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.
AzVision.az xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti